"Kredobank"dan alacağı olan kreditorların sayı 2213-dür | Banco.az

"Kredobank"dan alacağı olan kreditorların sayı 2213-dür

Ləğvetmə prosesində olan “Kredobank” ASC-nin indiyə qədər 2213 kreditorunun tələbi qeydə alınıb.

Bu barədə Bankda yaradılmış Kreditorlar Komitəsinin ilk iclasında kredit təşkilatının ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, kreditorların Bankdan alacağı məbləğ 11,4 mln. manatdır.

“Bu pulun 9,1 mln. manatlıq hissəsi və yaxud 113-ü hüquqi şəxslərə, 2,3 mln. manatlıq hissəsi və yaxud 1 998-i fiziki şəxslərə məxsusdur”, - deyə A.Cavadov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, “Kredobank”ın kredit portfeli ilə yanaşı, əmlakı da qiymətləndirilib: “Bankın binalarının balans dəyəri 3,7 mln. manat, qiymətləndirilmiş bazar dəyəri isə 3,4 mln. manatdır. Bankın kompüter və rabitə avadanlıqlarının balans dəyəri 17 min manat, mebel avadanlıqlarının balans dəyəri 11,5 min manat, qeyri-maddi aktivlərinin qalıq dəyəri isə 9,5 min manat təşkil edir”.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et