Kreditlərinizi hansı terminallarda ödəyə bilərsiniz? | Banco.az

Kreditlərinizi hansı terminallarda ödəyə bilərsiniz?

Banka getmədən kredit ödənişlərini gerçəkləşdirməyin ən rahat Ödəniş terminallarının xidmətindən istifadə etməkdir. Təbii ki, əgər sizin plastik kartınız və internetiniz varsa, online ödəniş edə bilərsiniz. Amma nəzərə almaq lazımdır ki, əhalinin böyük bir hissəsi hələ də öz gəlirlərini nağd şəkildə əldə edir.

Nağd puldan istifadə edərək kreditləri Ödəniş terminallarında (köşklərdə etmək mümkündür).

Bu zaman iki alternativiniz var: Ödənişləri eManat və ya MilliÖn terminallarında gerçəkləşdirmək olar. İş prinsipi əksər hallarda bir-birinə yaxındır.

eManatda ödəniş etmək üçün nə lazımdır?

İstifadəniz üçün rahat olan dili (azərbaycan, ingilis, rus) seçin.

“Bank” kateqoriyasını, daha sonra isə bu kateqoriyanın içindən kreditini ödəyəcəyiniz bankın xidmətini seçirsiniz.

Bankdan asılı olaraq müştəri kodunu (hesab və ya kredit kart nömrəsini) daxil edirsiniz.

Daxil edilmiş məlumatların düzgünlüyünü təsdiq etmək üçün qarşınızda yeni səhifə açılır.

Məlumatların düzgünlüyünü yoxlayıb, onları təsdiq edə və ya geri qayıda bilərsiniz.

“Əsginasları daxil edin” səhifəsi gəldikdə, əsginasları terminala daxil edir və “Ödə” düyməsini sıxırsınız.

DİQQƏT!!! Terminal qalığı geri qaytarmır.

Əməliyyatın sonu və qəbz çapı.

Əməliyyatı başa çatdırmaq üçün “Ana Səhifə” düyməsini basmaq lazımdır.

Hansı Bankların və kredit təşkilatlarının borclarını ödəmək olar?

Bank of Baku, Unibank, Bank BTB, Bank Respublika, Emba Finance, FinDev

Siz həmçinin Bank of Baku-nun kreditlərini də sifariş edə bilərsiniz.

Terminalla və ya proseslə bağlı hər hansı problem yaşanarsa,  eManat Müştəri Xidmətlərinə ( 012-404-48-88)   ng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər

Ən sərfəli kredit üçün müraciət et

MilliÖN-də necə kredit ödənişi etmək olar?

Kredit ödənişlərini "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə həyata keçirmək üçün müştərilər sadəcə kreditlərini aldıqları Banka  müraciət edərək  "kredit İD" kodlarını almalıdırlar. Bu kodu kredit rəsmiləşdirildikdə almaq olar. "MilliÖN" Ödəmə Nöqtələri vasitəsilə kredit ödənişlərinin həyata keçirilməsi ardıcıllığı aşağıdakı kimidir: 

• Terminalın ekranından "Bank xidmətləri" bölməsi seçilir; 
• Növbəti açılan pəncərədən "XXXX" (krediti aldığınız bankın adını seçirsiniz; 
• Sonra Bank tərəfindən təqdim edilən "Kredit İD"-si iki dəfə daxil edilir; 
• "Kredit İD"-si iki dəfə daxil edildikdən sonra müştərinin adı, soyadı və atasının adı ekranda çıxır; 
• Ad və soyada əsasən kredit kodunun düz daxil edilməsinə əmin olduqdan sonra ödənilən məbləğ terminala daxil edilir; 
• Terminaldan çıxan qəbz, ödənişi təsdiq edən sənəd sayılır və saxlanılması məqsədəuyğundur. 

Hansı Bankların və kredit təşkilatlarının borclarını ödəmək olar?

Dəmirbank, Turanbank, AGBank,  FINCA Azerbaijan, AzerCredit, Bank of Baku, Unibank, Bank Standard, Embafinans, Nikoil, AtaBank, Bank Respublika, TBC Kredit, Flexi Cred, AFB Bank, Bank BTB

Siz həmçinin MilliÖN terminallarında Banok of Baku və Unibankın kredit sifarişlərini verə bilərsiniz.

Bank Standard-da isə kredit kartlarındakı borclar ilə yanaşı debet kartlardakı vəsaiti artırmaq da mümkündür.

Terminalla və ya proseslə bağlı hər hansı problem yaşanarsa,  *0010  Müştəri Xidmərlərinəzəng etmək kifayətdir və mütəxəssislər bu problemi həll edəcəklər.

Könül Soltanova [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et