Kreditlərin həcmi 19 faiz artıb | Banco.az

Kreditlərin həcmi 19 faiz artıb

Noyabrın 1-nə olan məlumata görə, Azərbaycanın bank-kredit təşkilatları tərəfindən verilmiş kreditlərin həcmi 17,8 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur. Qüvvədə olan kreditlərin 34 faizi dövlət, 63,1 faizi özəl banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatlarının payına düşüb. Kreditlərin 79,2 faizini uzunmüddətli kreditlər təşkil edib, 5,3 faizinin ödənilmə vaxtı keçib.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et