Azərbaycanda əhaliyə 17, 8 milyard manat kredit verilib
Azərbaycanda əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 7,0 milyard manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 4,4 milyard manatı milli valyuta ilə, 2,6 milyard manatı isə xarici valyuta ilə qoyulub.
Ölkənin maliyyə-kredit təşkilatları 17,8 milyard manat məbləğində kredit verib. Kreditlərin 79,2 faizi uzunmüddətli olub, 5,3 faizinin ödəmə vaxtı keçib.
lent.az