Kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi müddəti 1 il uzadılıb | Banco.az

Kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi müddəti 1 il uzadılıb

Prezident İlham Əliyevin imzaladığı fərmanla sahibkarların manatla aldıqları kreditlər üzrə faizlərə görə subsidiyaların verilməsi 2019-cu ilin sonuna qədər uzadılıb.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, mövcud qaydalara əsasən, faiz subsidiyası sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarların müvəkkil banklardan manatla aldıqları və Fondun zəmanət verdiyi kreditlər üzrə ödənilməli olan faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən maliyyə vəsaitidir.

Ən sərfəli kredit üçün müraciət et

Faiz subsidiyası müddəti 3 ilə qədər olan kreditlər üzrə illik 8 faiz, 3 ildən artıq olan kreditlər üzrə isə illik 10 faiz bəndi həcmində verilir. Faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlərə tətbiq olunur.

Sahibkarların kreditlər üzrə faizlərinin bir hissəsinin dövlət vəsaiti hesabına subsidiyalaşdırılması onların maliyyə mənbələrinə çıxış imkanlarını artırmaqla yanaşı, maliyyə-kredit bazarında risklərinin azaldılmasına, bankların kreditləşmə əməliyyatlarında fəallığının artmasına və nəticə etibarı ilə iqtisadi aktivliyin yüksəlməsinə xidmət edir. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et