Kreditlər üzrə faiz dərəcələri aşağı salınmalıdır | Banco.az

Kreditlər üzrə faiz dərəcələri aşağı salınmalıdır

Azərbaycanda kreditlər üzrə faiz dərəcələri aşağı salınmalıdır. Bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı ofisinin rəhbəri Nil Makkeyn deyib.

O bildirib ki, yüksək faiz dərəcələri kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxışını məhdudlaşdırır: “Yüksək faiz dərəcələrini nəzərə alsaq, sahibkarlar üçün banklardan kredit götürmək kifayət qədər çətindir”.

Ən sərfəli kredit üçün müraciət et

N.Makkeyn qeyd edib ki, ümumilikdə ÜDM-də Azərbaycanın bank sektorunun payı kifayət qədər azdır: “Hazırda ÜDM-də bankların payı təqribən 35 faiz təşkil edir. Müqayisə üçün deyim ki, Gürcüstanda bu göstərici 65 faiz təşkil edir. Başqa sözlə, bank sektorunun Azərbaycan iqtisadiyyatındakı iştirakı çox azdır, hərçənd digər tərəfdən bu, inkişaf üçün məkanın olmasından xəbər verir”.

trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et