Kreditin başlıca dəyər amilləri | Banco.az

Kreditin başlıca dəyər amilləri

“Əslində Azərbaycanda spred (depozit faizləri ilə kredit faizləri arasında fərq) elə də yüksək deyil. Mərkəzi Bankın göstəricilərinə əsasən, cari ilin mart ayında həmin rəqəm 5,47% təşkil edib. Beynəlxalq reytinq agentliyi Fitch isə bu rəqəmin 7% civarında olduğunu qeyd edir” – bu haqda İqtisadi Təşəbbüslərə Dəstək İctimai Birliyinin iqtisadçı eksperti Samir Əliyev bildirib. 

Onun sözlərinə əsasən, kreditin dəyərini üç başlıca faktor müəyyən edir: “Bu, maliyyə resurslarının dəyəri, bankın xərcləri və onun gəlirliliyidir”. Kreditlərin baha olmasının ilk səbəbi cəlb edilən maliyyə resurslarının bahalığında gizlənir – S. Əliyev bildirir. “Aydındır ki, əgər bank özü 15% faiz dərəcəsi ilə kredit cəlb edirsə, o, müştərilərə eyni faizlə, yəni 15%-lə kredit verməyəcək”.

Qeyd etmək lazımdır ki, maliyyə ehtiyatlarının yarısını depozitlər təşkil edir. "Bu səbəbdən də əgər əmanətlərin faiz dərəcəsi aşağıdırsa, o zaman kreditlərin də faiz dərəcəsi azaldılmalıdır. Lakin bu o demək deyil ki, əmanətlərin faiz dərəcəsində qeydə alınan 1%-lik azalma kreditlərin faiz dərəcəsində də eyni həcmdə azalmanın müşahidə olunmasına səbəb yaradacaq. Spredlərin hər zaman eyni olması vacib deyil".

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, 2012-ci ilin dekabr ayından etibarən spredlər nəzərəçarpacaq dərəcədə artmağa başlamışdır. Belə ki, əgər 2012-ci ilin 31 dekabr tarixi üzrə spredlər 3.35% təşkil edirdisə, artıq mart ayında bu göstərici 5.47%-ə çatmışdı. S.Əliyevin qeyd etdiyi kimi, kredit və depozitlərin faiz dərəcələri arasındakı fərqlərin artması maliyyə resurslarının kredit dəyərinin cəmi üçdə bir hissəsini təşkil etməsi ilə əlaqədardır. Kredit dəyərinin yerdə qalan üçdə bir hissəsini isə bankların xərcləri təşkil edir, deyə ekspert vurğulamışdır.

Könül Soltanova & Sevinc İbadova/Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et