Uzunmüddətli və ya irihəcmli kredit rəsmiləşdirdikdə, bir müddət sonra elə bir maliyyə çətinliyi ilə qarşılaşa bilərsiniz ki, o sizə krediti vaxtında geri qaytaramağa imkan verməz.
Kredit ödənişlərindəki gecikmələr sizin kredit tarixçənizdə mənfi cəhətdən əks olunur, bu isə gələcəkdə yeni borc almaq istəyərkən sizin üçün bir əngələ çevrilə bilər.
Maliyyə çətinliyi ortaya çıxarsa, ekspertlər məsləhət görür ki, bununla bağlı bank təmsilçilərinə mümkün qədər tez məlumat vermək laızmdır. Mütəxəssislərimiz sizə bu situasiyadan çıxış üçün bir neçə variant təklif edir.
Ödəniş vaxtını dəyişmək
. Geniş yayılmış metodlardan biri, aylıq ödənişlərin tarixini dəyişməkdir. Bu o zaman baş verir ki, siz iş yerinizi dəyişmisiniz və sizin əməkhaqqı aldığınız dövr dəyişib. Yəni siz indi məvacibi daha gec alırsınız.
Sizin maliyyə gəlirlərinizin daxil olması bir neçə aylığa ləngiyəcəksə, ondan banklar sizə “kredit tətilləri” təklif edə bilər. Bizim banklaırmız bu addıma elə də tez-tez getmirlər. Kredit tətillərində siz aylıq ödənişləri etməkdən müvəqqəti azad edilirsiniz. Amma sonra bu xidmətə görə əlavə ödəniş etməli olacaqsan.
Yenidən maliyyələşmə
Lakin elə də ola bilər ki, ödəniş müddətində bazarda digər bankarın daha sərfəli şərtlərlə kredit təklifi olsun. Yəni siz bir bankdan kredit götürüb, əvvəlki borcunuzu bağlaya və yeni tarixlərdə, yeni şərtlərlə ödəniş edə bilərsiniz. Bu kredit məhsulu “yenidən maliyyələşmə krediti” ya da “refinans” krediti adlanır. Hazırda banklarımızda belə məhsullar vardır.
Onlardan birini burada sifariş edə bilərsiniz.
Bu sizin kredit xərclərinizi hətta azalda bilər.
Mülkdən imtina
Ən kritik situasiyada, borcun ödənilməsi üçün vəsait tapmaq ümumiyyətlə mümkünsüz olanda və yaxın gələcək üçün də müknüsüz görünəndə, onda hansısa mülkünüzdən imtina etməli olacaqsınız. Əgər mülk əvvəldən bankda girovdadırsa, onda bank onu sataraq, sizin borcunnuzu siləcəkdir. Əks halda isə satışı özünüz həyata keçirməli və borcu qaytarmalı olacaqsınız. Bunu etməsəniz, yəni borcunuzu silməsəniz, iş məhkəməyə qədər gedib çıxa bilər, onda mülki məhkəmə icraçıları müsadirə edəcək.