Krediti olanlara VACİB XƏBƏR | Banco.az

Krediti olanlara VACİB XƏBƏR

Müəllif:Gülbəniz Hüseyli/Banco.az

Millət vəkili, iqtisadçı Vüqar Bayramov sosial şəbəkələr vasitəsilə SSRİ kreditləri zamanı sığortadan istifadə ilə bağlı edilən müraciətlərə aydınlıq gətirib.

Banco.az xəbər verir ki, Vüqar Bayramov bildirib ki, bütövlükdə sığorta istifadəsi könüllüdür:

“Bu banklar tərəfindən könüllü şəkildə təklif olunacaq. Ona görə, hazırda krediti olan vətəndaşlarımız da banklardan banklara müraciət edərək könüllü sığortadan istifadə etmək istədiklərini bildirə bilərlər. Bu, könüllü razılaşma əsasında mümkündür”. 

Vüqar Bayramov qeyd edib ki, əlavə praktiki olaraq hazırda krediti olan vətəndaşlarımızın sığortadan və həyat sığortasından istifadə ilə bağlı hər hansı bir maneə yoxdur:
“ Sadəcə, krediti olan banka müraciət etməklə həmin sığortadan istifadə etməklə bağlı imkanları və eyni zamanda şərtləri müzakirə edə bilərlər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et