Kreditdə olan avtomobillər izlənilə bilər -video | Banco.az

Kreditdə olan avtomobillər izlənilə bilər -video

Birləşmiş ştatlarda bank sektorunda geniş şəkildə tətbiq edilən avotomobillərin məsafədən bloklanması sistemi ölkəmizdəki bank sektorunda da tətbiq edilə bilər. Belə olduqda isə kreditə maşın alaraq aradan çıxan şəxslər də azalacaq. Bəs bu cihaz nədir və funksiyası nədən ibarətdir ?

Avtomobilin yeri və sürəti dəqiqliklə göstərilir. İstənilən vaxt kompüter vasitəsi ilə avtomobilin mühəriki bloklanır, hərəkəti tam məhdudlaşdırılır.

Birləşmiş ştatlarda bu sistemdən bank sektorunda problemli avtomobil kreditərinin həllində geniş şəkildə istifadə edilir. Bu sistemi Azərbaycanda da bir sıra şirkətlər təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Sistem təhlüksizliyi ilə də diqqət çəkir.

Qiyməti 150 manatla 200 manat arasında olan bu cihazları istənilən şəxs avtomobilinə quraşdırıla bilər. Hətta ölkəmizdə bir çox lizinq şirkəti də bu cihazdan istifadə edir. Müştəri ilə bank arasındakı münasibətə gəlincə cihazın pulunun bank tərəfindən ödənilməsi daha ideal hesab edilir.