Kreditin rəsmiləşdirilməsi zamanı "kredit xətti" ifadəsi qarşınıza çıxa bilər. Əksər insanlar kredit xəttini adi kreditdən fərqləndirə bilmirlər.
Kredit xəttinin klassik kreditdən əsas fərqi ondan ibarətdir ki, kredit dərhal tam şəkildə verildiyi halda, kredit xətti üzrə vəsaitlər tədrici şəkildə verilir.
Kreditin digər növləri ilə müqayisədə, kredit xətti yalnız bir müqavilə imzalamaqla, bir neçə borcu eyni anda götürmək imkanı verir. Əslində bu üsul səhiyyə xərclərini və ya semestr üzrə təhsil xərclərini ödəmək məcburiyyətində olan borclanlar üçün olduqca faydalıdır. Qeyd edək ki, həm adi kredit, həm də kredit xətti üçün borcalanın qarşısına qoyulan tələblər eynidir.
Banco.az olaraq kredit xətti açan bankları müəyyən etdik:
AFB Bank. 12 aylıq, 25 faiz ilə müştərilərə kredit xətti açır. İş yerindən arayış və zamin tələb olunur, minimum əmək haqqı 350 azn olmalıdır.
Dəmirbank. Bankda plastik kartlarla 12 ayadək, 23% dərəcəsi ilə 10 000 AZN qədər kredit xətti açılır.
- Növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilərsə kredit xəttindən istifadəyə görə faizlər hesablanmır
- Növbəti ayın 9-u tarixinə qədər kart üzrə kredit borcu tam ödənilməzsə və ya qismən ödənilərsə kredit borcuna görə istifadə müddəti ərzində adi qayda ilə 23% illik dərəcəsi ilə faiz hesablanır
Müqavilə ərzində kartla kredit xəttindən dəfələrlə istifadə olduqda da yuxarıda göstərilən qaydalar tətbiq edilir. Kartla kredit xətti əmanətçilərə və iş yerindən arayış əsasında digər müştərilərə verilir.
Bank Respublika. Bank Respublika-nın plastik kartlarının əsas üstünlüklərindən biri kartla 500 - 5 000 manat məbləğində 45 günədək faizsiz kredit xətti almaq imkanıdır.
Müştəri istifadə etdiyi kredit məbləğini növbəti ayın 15-ci gününədək ödəyərsə, kreditə faiz hesablanmayacaq. Beləliklə, faizsiz kreditin müddəti 45 günədək ola bilər.
İstifadə edilən məbləğ növbəti ayın 15-ci gününədək ödənilməsə, növbəti gündən etibarən borc qalığı məbləğinə 27% illik dərəcəsi ilə faiz hesablanacaqdır.
Bank BTB. 300AZN-dən 5000 AZN-ə qədər 24 aya kimi kredit xəttinin açılması mümkündür. İllik faiz dərəcələri -32-38% arası dəyişir, ödəniş günü təyin edilir, faiz gündəlik hesablanır, ödəniş gününə 10 gün ərzində ödəniş olmalıdır.
Unibank. Albalı Plus kartı kredit xətti imkan verir ki, müştəri 10.000 AZN-dək güzəşt müddətli kredit əldə etsin. Kartın və kredit xəttinin müddəti 60 ay, kreditin müddəti isə 84 ay təşkil edir.