Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.
Banco.az portalı Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən məlumat verir ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməmişdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.
Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.