Kredit verən Kredit Təşkilatları | Banco.az

Kredit verən Kredit Təşkilatları

Bank olmayan kredit təşkilatı - (bundan sonra, BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və BOKT-lar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

Qeyd edək ki, Azərbaycanda 2015-ci ilin son rübünün göstəricilərinə əsasən 150-yə yaxın bank olmayan kredit təşkilatı vardır.

BOKT Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilər. BOKT tərəfindən verilən kreditlər daşınan və daşınmaz əmlakın girovu, girov əmanəti, qarantiya, zaminlik və qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla təmin oluna bilər.

Mövcud iqtisadi şəraiti nəzərə alaraq ölkəmizdə fəlaiyyət göstərən qabaqcıl bir neçə BOKT-a müraicət etdik. Kredit verən BOKT-lar haqqında apardığımız araşdırmanın nəticəsində öyrənə bildik ki, BOKT-lar demək olar ki, kredit verilişini dayandırıb. Sadəcə "FINCA Azerbaijan", "Mol Bulak" və "Merkuri" Bank Olmayan Kredit Təşkilatı istisnalar siyahısına daxil ola bilib.

Ən üzücü faktorlardan biri də budur ki, əksər BOKT-lar böyük qardaşları sayılan banklardan fərqli olaraq, xidmət səviyyəsinə fikir vermirlər. Hətta bir neçə BOKT-un veb səhifəsinə daxil olmaq mümkün deyil. Bu isə başqa bir araşdırmanın mövzusu olacaqdır.

Sizlərə Kredit verən BOKT-ları və onların şərtlərini təqdim edirik. Kredit almaq istəyirsinizsə yolunuzu bu BOKT-lardan sala bilərsiniz.

Kredit təşkilatı

Məbləğ

Müddət

Faiz

Valyuta

"Merkuri"

5000

24 ay

16,40%

AZN

"FINCA Azerbaijan"

3000

3-24 ay

25%

AZN/USD

"Mol Bulak"

300-1500

3-18 ay

26,90%

AZN

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, araşdırmamız nağd pul kreditləri üçün aparılmışdır.

Biz BOKT sayının çoxluğunu nəzərə alaraq qabaqcıl BOKT-larla əlaqə saxladıq.

Əlavəniz varsa, [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et