Kredit və qədim dünya | Banco.az

Kredit və qədim dünya

Latın mənşəli olan, kredit sözü “inam” və “borc” mənalarını daşıyır. Əslində krediti, ekonomik  münasibət kimi qəbul etmək olar.  Bu zaman tərəflərdən biri, digərinə dərhal əldə etdiyi pulu və ya digər resursları iadə etmir. Amma, götürdüyü borcun, gələcəkdə  ödənilməsinə dair sənədləşdirilmiş qaydada söz verir. Faktiki olaraq kredit, iqtisadi öhdəliyin hüquqi müstəvidə rəsmiləşdirilməsi prosesidir. 
Banco.az olaraq, sizə kreditin qədim zamanlara bağlanan tarixçəsi barəsində məlumat vermək istərdik. 

Mesopatamiya 

Yaxın Şərqdə yerləşmiş dünyanın ən qədim və ən böyük sivilizasiyalarından biri olan Mesopatamiya dövlətində, bizim eramızdan əvvəl 2-ci minillikdə kredit münasibətləri sistematik olaraq fəaliyyət göstərirdi. Bu prosesin hüquqi baxımdan tənzimlənməsi üçün Hammurapinin qanunlar kitabından istifadə edilirdi. Qanunlar ədalətli şəkildə tərtib edildiyindən, insanların borc əldə etmək üçün məhz bu üsuldan istifadəsi, kreditin sistematik fəaliyyətini təmin edirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Qədim Misir

Sfinksin vətəni qədim Misir dövlətində, məhsulun daşınması və paylaşımı üçün bank sistemindən istifadə edilirdi. Məhsulun filiallara ötürülərək, insanlara verilməsi bankın səlahiyyətli şəxslərinin nəzarəti ilə həyata keçirdi.

İnk imperiyası

Pedro Syes de Leon-un, müəllifi olduğu xronikada qeydlərinə istinadən məlumat vermək olar ki, imperiyada kreditin verilməsinə nəzarəti “maliyyə institutu”  tərəfindən həyata keçirilirdi. Bu isə, belə qədim dövlətin kredit fəaliyyətinin, o zamanlarda nə dərəcədə inkişaf etməsinə dəlalət edir. Qıtlıq zamanı, əhalinin taxıla olan  tələbatını təmin etmək üçün, İnki-nin razılığı ilə sənədləşdirilmiş qaydada borc məhsul verilirdi. Borclu kəndli, “İmtiyazlı” olaraq, müəyyən müddət çalışıb, borc öhdəliyini yerinə yetirirdi. 
Bütün qeyd olanları nəzərə alsaq, bəşər övladının hansı dövrdə yaşamasına baxmayaraq, kredit sisteminə tələbatın aktuallığı danılmaz bir fakt olaraq qalmaqdadır.