Kredit təşkilatları Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək | Banco.az

Kredit təşkilatları Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək

Azərbaycanda fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək.

"APA-Economics" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Banklar haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

Dəyişikliyə əsasən, qanuna 46-1-ci maddə əlavə olunub. Yeni maddəyə əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.
 
Bundan başqa, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “İnvestisiya fondları haqqında” qanunlara edilən əlavələrə görə, müvafiq olaraq bank olmayan kredit təşkilatları, milli poçt operatoru, sığorta bazarının peşəkar iştirakçıları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, o cümlədən investisiya fondları və onların idarəçiləri  maliyyə bazarlarına nəzarət orqanına  həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.
 
Sənəd müzakirələrdə sonra plenar iclasa tövsiyə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et