Kredit təşkilatları kredit vermək istəmir | Banco.az

Kredit təşkilatları kredit vermək istəmir

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən iqtisadiyyata məcmu kredit qoyuluşları 2015-ci il iyulun 1-nə 20 288,5 mln. manat təşkil edib. Bu, iyunun 1-nə olan analoji göstəricidən 179,6 mln. manat və ya 0,9% azdır. 

Ən sərfəli kredit üçün müraciət et

Banco.az "Report"a istinadən xəbər verir ki, iqtisadiyyata kredit qoyuluşlarında azalma mart ayından etibarən davam edir. Mart ayının 1-nə olan maksimal göstərici ilə müqayisədə iyulun 1-nə iqtisadiyyata kredit qoyuluşları 408,7 mln. manat və ya 2% azalıb.