Kredit tarixçəsi nədir? | Banco.az

Kredit tarixçəsi nədir?

Kredit tarixçəsi – borcalanın ilk kredit götürdüyü zaman onun adına açılan dosyedir. Borcla bağlı bütün növbəti proseslər, həmçinin sonradan götürülən kreditlər öz əksini sizin kredit tarixçənizdə tapacaqdır. 

Bank müştəriyə kredit verərkən onun ödəmə qabiliyyətinin təhlilini aparır. Bu zaman müştərini qiymətləndirmək üçün bir sıra meyarlar ortaya çıxır. Bu meyarlarbanklarda kredit verilməsi qaydalarında da öz əksini tapmışdır:

  • Kreditin məqsədi və ödənişlərin mənbəyi;
  • Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi;
  • Kreditin, habelə onun müqabilində təklif olunan təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığı;
  • Borcalanın kredit tarixi, habelə tarixi məlumatlar və müxtəlif ssenarilər nəzərə alınmaqla nağd vəsait axını proqnozlarına əsasən borcalanın cari kredit qaytarma qabiliyyəti;
  • Kommersiya kreditləri üzrə fəaliyyət sahəsində borcalanın təcrübə və bilikləri;
  • Kreditin növü ilə bağlı iqtisadi/bazar sektorunun vəziyyəti və həmin sektorda borcalanın vəziyyəti;
  • Kredit müddəti ərzində kredit müqaviləsinə düzəlişlər edilməsi imkanı da daxil olmaqla kreditin şərtləri və müddəti;
  • Təminatın adekvatlığı və zərurət yarandıqda onun satılması və ya istifadə edilməsi.

Borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və öhdəlik götürmə qabiliyyətini nəzərə almalıdır. Lakin borcalanın yüksək nüfuzu ona kreditin verilməsi barədə qərar qəbul edilməsinə yeganə əsas olmamalıdır

Bank müəyyən edilmiş meyarlara əsaslanaraq müştərilər ilə bağlı bank daxili reytinq tərtib edir və kredit tarixçəsi bu reytinqdə həll edici rol oynayır.   Mənfi kredit tarixçəsini necə düzəltmək olar?

Kredit tarixçəsinin keyfiyyəti nədir?

Ən sərfəli kredit üçün müraciət et

Borcalanın kredit tarixçəsini bir mənalı şəkildə nəzərdən keçirmək olmaz. Onlarda ilk baxışda diqqətdən yayınan digər nüanslar da vardır. Bu müxtəlif nüansları daha yaxşı ayırd edə  bilən o bankirlərdir ki, onlar təsadüfən gecikmə etmiş insanları, bilərəkdən borcu gecikdirən və ümumiyyətlə borclarını ödəməyən insanlardan fərqləndirməyi bacarırlar. Ümumiyyətlə isə kredit tarixçəsi, yaxşı, pis, korlanmış və ideal şəkildə ola bilər. 

Pis kredit tarixçəsinə sahib olan insanlar, daima imtina cavabları ilə üzləşir və bankdan borc almağa ümid bəsləyə bilmirlər. Bir qayda olaraq, bu vətəndaşlar əvvəllər borclarını vaxtında ödəməyib və bankı ya kollektor xidmətinə, ya məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Yaxın gələcəkdə bu borcalanlar bankdan kredit almağa arxayın ola bilməz. Bu insanlar üçün pul almağın yeganə üsulu mikro maliyyə təşkilatına müraciət etməkdir.

Korlanmış kredit tarixçəsi bankları elə də dəhşətli şəkildə qorxutmur. Söhbət yarım ilə qədər müddət ərzində gecikməyə yol vermiş borcalanlardan gedir. Belə bank müştəriləri əgər borclarını gecikmə ilə olsa belə ödəyiblərsə, bankdan kredit almağa ümidli ola bilər, amma söhbət heç də bütün banklardan və kredit departamentlərindən getmir. Kredit almaq üçün siz bir çox bankları dolaşmalı və sizə razılıq verəcək bankı tapmalı olacaqsınız

Bu zaman çox güman ki, bank sizdən krediti təminata almaq üçün girov tələb etsin və ya krediti daha da yüksək, artırılmış faizlə rəsmiləşdirsin.

Hal-hazırda pis və ya korlanmış kredit tarixçəsinə sahib olan müştərilər artmaq üzrədir.  Ən geniş yayılan isə yaxşı kredit tarixçəsidir. Belə borcalanlar keçmişdə çox az, barmaqla sayılacaq qədər xırda gecikmələrə yol veriblər. Onlar demək olar ki, istənilən bankda kreditə ümid bəsləyə bilər.

İdeal kredit tarixçəsi  - bu gecikmələrin tamamı ilə olmadığı və qrafik üzrə səlis ödənişləri edən müştərilərin kredit tarixçələridir. Təsadüfi gecikmələrdən yayınmaq üçün, belə vətəndaşlar  borcu əksər halda öncədən ödəyirlər. Belə müştərilərə bankirlər də daha aşağı faizli və ya güzəştli kredit şərtləri təklif edirlər.

Təəssüf ki, belə borcalanlar çox nadir tapılır və onların sayı azalmaq üzrədir.

Könül Soltanova/ Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et