Kredit sığortası ilə bağlı vəziyyət nə yerdədir? | Banco.az

Kredit sığortası ilə bağlı vəziyyət nə yerdədir?

Kredit sığortası  nədir?

Bu sığorta növü Bankdan istehlak krediti əldə edən şəxsin/borc alanın vəfatı və əmək qabiliyyətini tam və daimi itirməsi zamanı onun kredit öhdəliyinin sığortaçı tərəfindən yerinə yetirilməsini nəzərdə tutur.

Kredit alan şəxsin - vəfatı və əmək qabiliyyətini tam və daimi itirməsi ilə bağlı bankla bağlanmış kredit müqaviləsinə əsasən borcunun tam və ya qismən geri qaytarmaması nəticəsində onun kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi sığorta hadisəsi hesab edilir. Bu zaman kredit müqaviləsinə əsasən hadisə baş verən dövrdə borc alanın bank qarşısında faizlər daxil olmaqla qalıq kredit borcu sığorta şirkəti tərəfindən banka ödənilir.

Mövcud praktikaya əsasən, bu sığortanın təşkili ilə indiyə qədər banklar özü məşğul olurdu, çox halda kredit götürən proseslərdən o qədər də xəbərdar olmur, sadəcə verilən müqavilə sənədlərinə imza atırdı. Yəni sığortalanan tərəf bank olsa da, sığorta haqqı əksər hallarda müştəri tərəfindən ödənilir və həmin kreditin dəyəri müştəriyə daha baha başa gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Aşağıdakı qrafikdə son üç ildə kredit sığortası üzrə sığorta haqlarının və ödənişlərinin artım tempini izləyə bilərsiniz.

Qrafikdən də göründüyü kimi, ötən il sığorta haqlarının yığımında, elə də ödənişlərdə nəzərə çarpacaq qədər artım qeydə alınıb. 

Qeyd edək ki, bank və sığorta şirkəti arasında sövdələşməni qadağan edən sənəd hazırlanacağı gözlənilir. 2014-cü ilin sonlarına yaxın bu mövzu aktuallaşsa da, hələ ki, yekun sənəd qəbul edilməyib. Bu sənəd qüvvəyə minərsə, kredit götürən müştərilər sığortanı yalnız bankın sığorta şirkətindən almaq məcburiyyətində olmayacaq, onlar müstəqil şəkildə inandıqları, daha sərfəli şərtlər təklif edən  şirkəti seçə biləcək.