Kredit reytinqi aşağı salınan Fransa qənaət qərarı qəbul edib | Banco.az

Kredit reytinqi aşağı salınan Fransa qənaət qərarı qəbul edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransanın iqtisadiyyat naziri Bruno Le Maire kredit reytinqinin aşağı salınmasına görə qənaət ediləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Standard and Poor's” (S&P) büdcə vəziyyətinin pisləşməsi ilə əlaqədar Fransanın kredit reytinqini "AA"-dan "AA-"-ə endirib.

Ölkənin iqtisadiyyat naziri Le Maire də “YouTube” hesabında yayımladığı videoda “S&P”nin Fransanın kredit reytinqini aşağı salması ilə bağlı açıqlamalar verib.

Kredit reytinqinin aşağı salınmasının qənaət tədbirləri üçün çağırış olduğunu dilə gətirən nazir hökumətin bu il dövlət xərclərini 10 milyard avro azaltmağı planlaşdırdığına diqqət çəkib.

Fransanın hər il 450 milyard avronu keçən dövlət xərclərini azaltmağa üstünlük verdiyini vurğulayan Le Maire ilin əvvəlində qərara alınan qənaət planı ilə bağlı qərarlı olduqlarını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Le Maire “S&P”nin kredit reytinqini aşağı salma qərarının əsas səbəbinin ölkənin borc səviyyəsinin artması olduğuna diqqət çəkərək deyib ki, Fransa iqtisadiyyatını Kovid-19 və inflyasiya böhranlarından xilas etdiyimiz üçün bu hal baş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram