Kredit qoyuluşları istehlak kreditlərinin hesabına artıb | Banco.az

Kredit qoyuluşları istehlak kreditlərinin hesabına artıb

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda ev təsərrüfatlarına (əhaliyə) verilən kreditlər 112,6 milyon manat artaraq 5 milyard 432.2 milyon manata çatıb.

 

Ev təsərrüfatlarına verilən kreditlərdəki 112,6 milyon manatlıq artımın 26,4 milyon manatı daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər ilə bağlıdır.  

31 Mart 2019-cu il tarixində ev təsərrüfatlarına verilən 5 milyard 432.2 milyon manat kreditin 1 milyard 897.3 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər təşkil edib.

 

Ev təsərrüfatlarına verilən kreditlər 2019-cu ilin Yanvarında 13,3 milyon manat azaldıqdan sonra, Fevralda 61,9 milyon manat, Martda isə 64 milyon manat artıb.

Ən sərfəli kredit üçün müraciət et

31 Mart 2019-cu il tarixində cəmi kredit qoyuluşları 13 milyard 58 milyon manat təşkil edib. Ev təsərrüfatlarına verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 41.6% təşkil edib.

Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin ilk rübündə cəmi kredit qoyuluşları 37,7 milyon manat artıb.

 

Kredit qoyuluşları Yanvarda 135,6 milyon manat azaldıqdan sonra Fevralda 89,9 milyon manat, Martda isə 83,4 milyon manat artıb.

Cəmi kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının və ya 11.9%-nin ödəmə vaxtı keçib.

Marja