"Kredit ödənişlərinə verilən güzəşt müddətindən sui-istifadə yolverilməzdir" | Banco.az

"Kredit ödənişlərinə verilən güzəşt müddətindən sui-istifadə yolverilməzdir"

2020-ci ilin sentyabr ayına qədər kreditlərə olan güzəştlərin müsbət tərəfi ilə yanaşı, problemli kreditləri artıracağı qaçılmaz olacaq. İqtisadçı ekspert Eldəniz Əmirov kreditlərlə bağlı açıqlamasında bildirib ki, buna pandemiya şəraitində əhali və iş adamlarının gəlirlərinin kəskin azalması təsir edə bilər:

"Digər tərəfdən, "məsuliyyət indeksi"nin aşağı olduğu vətəndaşlar payıza doğru kredit ödənişində ciddi problemlər yaşayacaq. Bu da kreditlərin qaytarılmasına mənfi təsir edə bilər. Dövlətin kredit ödənişlərində sentyabra qədər yaratdığı güzəşt, əslində, qeyri-stabil gəliri olan, eləcə də pandemiya səbəbindən aylıq gəlirlərdən məhrum olan şəxslər və təsərrüfat subyektləri üçün nəzərdə tutulsa da, bu fürsətdən stabil gəliri olanların da yararlanmağa çalışacağı istisna deyil. Əvvəlki vaxtlarla eyni qaydada əməkhaqqı alanlar da bank öhdəliklərinə biganə yanaşaraq, güzəştlərdən yararlanmaq üçün sentyabra qədərki ödənişləri gecikdirə və əllərində olan vəsaiti qeyri-adekvat istiqamətə yönəldə bilərlər. Güzəşt müddəti bitdikdən sonra isə həm mövsümi gəlirlərin azalması, həm də ödəniş həcminin artması ödəniş qabiliyyətini aşağı salacaq".

Eldəniz Əmirov vətəndaşlara tövsiyə edib ki, verilmiş vaxt güzəştinə arxayın olub, kredit ödənişlərini geçikdirməsinlər. Çünki sonda bu onların özləri üçün həll edə bilməyəcəkləri problemə çevrilə bilər:

"Məsələyə banklar prizmasından yanaşdıqda vəziyyət daha da qəlizləşə bilər. Çünki yuxarıda qeyd edilən səbəblər problemli kreditlər kütləsinin kəskin artmasına səbəb ola bilər. Bu isə hazırda maliyyə durğunluğu yaşayan digər banklara daha ciddi problem yaşada bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bir sözlə, kredit ödənişləri məsələsində, banklar vətəndaşlardan daha çox narahat olmalıdırlar. Çünki banka vətəndaşın 5-10 min və ya 100 min manat borcu varsa, bu, vətəndaşın problemidir, amma bu borc on milyonlara qalxanda artıq bankın probleminə çevrilir".

Vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et