“Brand Credit BOKT” MMC-nin Baş ofisi Kredit mütəxəssisi vəzifəsinə təcrübəçi qəbulu elan edir.
Əsas vəzifə öhdəlikləri
- Təşkilatın kredit məhsullarını təbliğ edir və müştəriləri cəlb edir, birbaşa marketinq və satış funksiyasını həyata keçirir
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir
- Ərizəçinin biznesinin maliyyə təhlilini həyata keçirir
- Kreditin verilməsi ilə bağlı sənədləşmə işlərini aparır və müvafiq təkliflər hazırlayır
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir
Namizədə tələblər
- Yaş həddi : 21 - 35
- Ali və natamam ali təhsil
- Məntiqi düşünmək qabiliyyəti
- Məsuliyyətli, dəqiq və detallara diqqət etmək qabiliyyəti
- Müştərilərlə ünsiyyət qurmaq bacarığı
- Komandada işləmək bacarığı
- Komputer və MS Office proqramlarında işləmək bacarığı
- Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
Əlaqə
Yuxarıdakı tələblərə uyğun namizədlər öz şəkilli CV-lərini [email protected] ünvanına, göndərə bilərlər.
Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz: http://banco.az/az/jobs