Kredit müqaviləsində nəyə diqqət yetirmək lazımdır? | Banco.az

Kredit müqaviləsində nəyə diqqət yetirmək lazımdır?

Kredit müqaviləsinin baza elementləri sırasına faiz dərəcəsi, tariflər və komissiyalar daxildir.

Bəs kredit müqaviləsi imzalayan zaman müştəri hansı əsas nüanslara diqqət yetirməlidir?

- Faiz dərəcəsi. Əminliklə deyə bilərik ki, hər bir müştəri bu bəndə xüsusilə diqqət yetirir. Çünki kredit üçün müraciət edən istənilən şəxs seçimini faiz dərəcəsi az olan kredit üzərində dayandırır. Əslində isə hər şey göründüyü qədər sadə deyil. Kredit müqaviləsi imzalayarkən müştəri müqavilə sənədindəki hər bir cümləni diqqətlə nəzərdən keçirməlidir. Çünki bəzən banklar bəzi "xırda detallar"ı fərqli formada təqdim etməklə, müştəri üçün kredit dərəcəsinin artırılmasına səbəb yaradırlar. Məsələn, hesab üzrə əməliyyatlar aparmaq üçün nəzərdə tutulmuş bank komissiyaları ilkin kreditin məbləği ilə hesablanr. Bununla yanaşı, kreditin verilməsi üzrə birdəfəlik komissiya da faiz dərəcəsinin artmasına müəyyən dərəcədə təsir göstərir.

- Kreditin qaytarılma müddətinin pozulması, eləcə də digər öhdəliklərin ("digər öhdəliklər" başlığı altında nəzərdə tutulan öhdəlikləri dəqiqləşdirin - məsələn, iş yeri və ya yaşayış yerinin dəyişdirilməsi) yerinə yetirilməməsi üzrə şəxsin daşıdığı əmlak məsuliyyəti.

Ən sərfəli kredit üçün müraciət et

- Tariflər və digər komissiyalar. Əksər müştərilər kredit müqaviləsini heç sözügedən bəndə qədər oxumurlar. Əslində isə adı çəkilən bu ödənişlərə nəyin daxil edildiyini mütləq şəkildə öyrənmək lazımdır.

Daha öncə qeyd etdiyimiz bütün vacib nüansları ümumiləşdirərək söyləyə bilərik ki, hər zaman kredit müqaviləsini sona qədər və diqqətlə oxuyun. Müqavilənin sizə aydın olmayan bəndlərini aydınlaşdırmağa çalışın. Əgər özünüz bu işin öhdəsindən gələ bilməsəniz, o zaman peşəkar məsləhətçilərə kömək üçün müraciət edin. Unutmayın ki, öncədən mütəxəssisə müəyyən məbləğ ödəməklə siz özünüzü yanılmaqdan və peşmançılıqdan qoruya bilərsiniz.

Sevinc İbadova/Banco.az
 

Ən sərfəli krediti almaq üçün müraciət et