Kredit kartlarının şifrələri niyə 4 rəqəmlidir? | Banco.az

Kredit kartlarının şifrələri niyə 4 rəqəmlidir?

Aida İsaq, Banco.az

Gündəlik həyatımızda mühüm yer tutan kredit və debet kartları haqqında danışmazdan əvvəl ATM cihazlarının ixtirasına bir az geri dönməliyik. Bu cihazların uzun adı əslində avtomatik telekommunikasiya maşını yəni avtomatik bankomatdır.

Bankomat ixtira etmək ideyası ingilis ixtiraçısı John Shepherd Barron tərəfindən gerçəkləşdirilib. 2007-ci ildə BBC-yə verdiyi müsahibəyə görə, şokalad satışı cihazlarından ilhamlanaraq hazırlanan ilk avtomatik çəkmə qurğusu 1967-ci ildə Londonda yerləşən Barclays bankı tərəfindən ictimaiyyətə təqdim olunmuşdur. Vətəndaşlar o dövrdə cihazı istifadə etmək üçün uzun növbələr yaradırdılar.

İxtirası üçün parol sistemini hazırlayan John Barron, əvvəlcə şifrəni 6 rəqəm olaraq tərtib etdiyini, ancaq  sonradan sayını 4-ə endirdiyini bildirib. O, açıqlamasında həyat yoldaşının istəyi ilə bu rəqəm sayını 4 rəqəmə qədər azaltdığını söyləyib. Beləliklə, buna səbəb Barronun həyat yoldaşının 6 rəqəmi tapmağa çox uzun müddət sərf etməsi və şifrəsini xatırlaya bilməməsi olub. Bugünkü şifrələrin 4 rəqəmdən ibarət olmasının cavabı budur.

Ən sərfəli kredit üçün müraciət et

ATM ixtirasının ardından, bank hesabımızdan pul çıxarmaq çox sadə oldu və beləliklə kartlar həyatımıza girdi. Bu vəziyyət geniş yayıldıqdan sonra bütün dünyada ATM cihazları quraşdırıldı. Hətta son dərəcə uzaq nöqtələri də ATM cihazları ilə təchiz etmək gündəlik həyatı olduqca asanlaşdırdı, kartları insanlar üçün əvəzolunmaz hala gətirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et