Kredit kartları haqqında hər şeyi bilirsiniz? | Banco.az

Kredit kartları haqqında hər şeyi bilirsiniz?

Kredit kartınızı illər boyu pul kisənizin ən gözəl guşəsində saxlamısınız. Onun fazi dərəcəsi, balansı və imkanları barədə çox şey bilirsiniz. Lakin bu onlara tamamilə bələd olmağınız demək deyil. Kredit kartları barəsində bilmədiyiniz maraqlı, ağlagəlməz faktlarla bugün tanış olacaqsınız. Bu faktların arasından 10 ən maraqlısını seçməyə çalışmışıq.

  1. Kredit kartlarının son istifadə müddətinin olması onların maqnetik səthi ilə əlaqədardır. Belə səthlər 3-4 ildən sonra korlanır.
  2. Dünyada mövcud olan kredit kartları ekvatordan 3.5 dəfə uzundur. Dünyanın 3 ən böyük kredit kartı şirkətinin maliyyə hesabatlarına görə, 2013-cü ildə dövriyyədə 1,635 mlrd kredit kartı olub ki, onlardan 800mln-u Visa, 731 mln-u MasterCard, 104 mln-u isə American Express kartlarıdır. Əgər bu kartların hamısını yanyana qoysaq, onların cəmi uzunluğu  86,981 mil edər ki, bu da Yer ətrafında 3.5 dəfə dövr etməyə bərabərdir.
  3. Dünyadakı ilk kredit kartları yalnız Nyu-York restoranlarında istifadə üçün keçərli idi. 1950-ci ildə Frank McNamara, Hamilton Kredit Korporasiyasının rəhbəri Diner Club Card adlı kredit kartını yaratdı. O, iş görüşməsindən sonra nahar üçün Nyu-York restoranlarından birinə gedir, lakin kostyumunu dəyişdiyindən, pul kisəsini cibində unudur. Belə olduqda o, hesab ödəyərkən ilk dəfə olaraq kredit kartından istifadə edir. Həmin dövrdə Diner Club kartı yalnız 28 restoran və 2 oteldə istifadə olunurdu.
  4. Kredit kartları kompaniyaları hər

    Ən sərfəli kredit üçün müraciət et

    yeni kredit kart hesabı açarkən təxminən 80 $ vəsait xərcləyirlər.
    Database Marketing İnstitutunun 2014 hesabatına görə,hər bir yeni müştəri üçün kart hesabı açarkən  marketinq və inzibati xərclər üçün $ 80 sərf edilir.
  5. 2012-ci ildə amerikanlar yaşayış və təsərrüfat xərclərinin 40%-i kredit kartları vasitəsilə ödənilib. Yəqin ki, amerikanların öz kredit kartlarına nəqədər düşkün olduqlarını bilirsiniz. Demos-un kredit kartları üzrə aşağı və orta gəlirli ailələr arasında apardığı araşdırmalara görə bu ailələr ev kirayəsi, kommunal xidmətlər, sığorta, bazırlıq və s. xərclərin 40%-ni kredit kartları vasitəsilə ödəyirlər. Bunun əsas səbəbi isə məişət xərclərini nağd pulla ödəyə bilməmələridi.
  6. Ilk kredit kartı kağızdan hazırlanıb və balansda 300$ məbləğ olub.
  7. Kredit kartlarındakı rəqəmlər Luhn alqoritminə uyğun müəyyənləşdirilib. Bunu yoxlamaq üçün sağdan başlayaraq hər ikinci əədədi 2-yə vurun (məs:1111-i 2121 kimi), daha sonra bütün ədədlərin cəmini toplayın. Sizə 10-a bölünən ədəd alacaqsınız, əgər belə olmasa deməli kart işlək deyil.
  8. Kredit kartları təkcə ABŞ-da il ərzində 4.9 mlrd dəfədən çox istifadə olunur.
  9. Plastik kartlardakı hologram ilk dəfə 1983-cü ildə MasterCardlara tətbiq olunub. Burada məqsəd saxta kartlara qarşı mübarizə aparmaq olub.
  10. Dünyadakı bütün plastik kartların ölçüsü bərabərdir: 85.60 mm x 53.98 mm

Ən sərfəli krediti almaq üçün müraciət et