Kredit kartınızdan muğayat olun, I hissə | Banco.az

Kredit kartınızdan muğayat olun, I hissə

Kredit kartları bizim bugünkü həyatımızda olduqca vacib rol oynayır, çünki məhz bu balaca plastik parçaları sayəsində dükanlarda və ya internetdə ödəniş edir, pullarımızı kartda saxlayır, kreditlər əldə edir və bankomatdan nağd çıxarılışlar edirik. Əksəriyyət öz əməkhaqqılarını debet kartları vasitəsi ilə alır, deməli bütün ay ərzində əldə etdikləri qazancı, ən azı bir günlük olsa belə kartda saxlayır. Ona görə də kartlara qarşı çox diqqətli olmaq lazımdır. Çünki kredit kartının itirilməsi kart sahibi üçün yaxşı heç nə vəd etmir. Hətta kartda pul olmasa belə, bu kifayət qədər təhlükəlidir.  

Çünki indiki zamanda kredit kartların əksəriyyəti internet-bankinq sisteminə bağlıdır. Bu isə o deməkdir ki itirilmiş və ya oğurlanmış kredit kartı vasitəsi ilə pis niyyətli şəxslər kart sahibinin həmin bankda mövcud olan digər hesablarına da çıxış əldə edə bilərlər. Təəssüf ki, heç də bütün kart sahibləri bankda bu məsələ ilə bağlı lazmı konsultasiya ilə təmin olunmur. Buna görə də cinayətkarlar insanların adından istifadə etməklə kartlar vasitəsi ilə öz niyyətlərinə nail olurlar. Əksəriyyət düşünür ki, pin kod olmazsa və ya kartda pul yoxdursa, kartın oğurlanmasının heç bir riski yoxdur.

Amma təsəvvür edin ki, sizin bankda depozitiniz var və həmin bank sizə hədiyyə qismində kart verib. Cinayətkar isə çirkin niyyətlərini əlində rəhbər tutaraq, həmin sizin depozit hesabınızdakı məbləği tamam başqa bir hesaba keçirə bilər və sizin bundan qəti xəbəriniz olmaz. Belə hallarda bank hətta sizə kompensasiya ödəməkdən belə imtina edə bilər.

Belə situasiyaya düşməmək üçün sadə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır:
-    Kartla bağlı məlumatları kənar şəxslərə verməmək;
-    Kartın pin kodunu hətta bank işçiləri belə bilməməlidir;
-    İctimai yerlərdə, nəqliyyatda, dükan və restoranlarda öz əşyalarınıza qarşı diqqətli davranın; cibgirlər pul ovuna çıxdığı kimi, kart ovuna da çıxa bilər;
-    Ən əsası kartınızı özünüz itirməyin, çünki kart balaca bir əşyadır və asanlıqla cibinizdən və ya pulqabınızdan düşüb, itə bilər;
-    həmçinin mütləq mobil və internet (onlayn) bankinq xidmətlərinə qoşulun ki, kartınızdan pul çəkilişi və ya digər bir əməliyyat həyata keçirildikdə, bu haqda məlumatınız olsun.

Ən sərfəli kredit üçün müraciət et

Əgər bütün  səylərinizə rəğmən kartınız oğurlanıbsa, onda belə edə bilərsiniz: kartınızı oğurlayan şəxslər pulunuzu necə çıxartmaq haqqında düşündüyü müddətdə, təcili olaraq banka zəng etmək lazımdır (təəssüf ki, banklarımızın məlumat mərkəzləri 24/7 saat xidmət göstərmir, həm də zənglərdə uzun-uzadı növbələr olur, amma bu təmiz başqa bir söhbətin mövzusudur).
Adətən bankın məlumat mərkəzi (çağrı mərkəzinin) və ya filialın nömrəsi kartın üzərində olur, amma kart itibsə bu sizin işinizə yaramayacaq. Nömrəni əzbər bilmirsinizsə, onu internetdə bankın rəsmi saytında və ya rəsmi səhifəsində əldə edə bilərsiniz. Bunun üçün evdə olduqda kompüter, evdən xaricdə olduqda isə internetə çıxışı olan mobil telefon kifayət edər. Amma necə deyirlər, “bəla birdən gələr”: Telefonunuz interneti dəstəkləməyə və ya telefonun enerjisi tükənmiş ola bilər, şəbəkə xaricində ola bilərsiniz və s.

Ona görə də sahib olduğunuz kartın, yəni xidmət olunduğunuz bankın çağrı mərkəzinin nömrəsini gərək yadda saxlaya və ya onun telefonun yaddaş kitabçasına qeyd edəsiniz.
Burada yenə də qeyd etmək istədiyim bir fakt odur ki, banklarımızın əksəriyyəti yalnız saat 6-ya qədər xidmət göstərdiyi halda internet ödənişləri günün istənilən saatında həyata keçirmək mümkündür. Səhərin açılmasını gözləmək bəzən sadəcə “pullar ilə sağollaşmaq anlamına gəlir”.

Bəs bu zaman nə etmək lazımdır?

Kartım oğurlanıbsa nə etməliyəm?