Kredit kartı nömrələrinin mənası | Banco.az

Kredit kartı nömrələrinin mənası

Əslində çox sadə görünən kredit kartı nömrələri universal olaraq düşünülmüş və zənn edildiyindən daha mürəkkəb bir alqoritmə sahibdir.

Təsadüfi seçdiyimiz kredit kartı nömrəsi 1234 5678 9876 5432 olsun.

 

Kart nömrəsinin ilk rəqəmi:

1234 5678 9876 5432 

Yəni, 1- kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar:

1-2 hava yolları kartları üçün,

3 səyahət və əyləncə sektoru kartları üçün,

4 və 5 banklar və maliyyə təşkilatları üçün,

6 ticarət kartları və banklar üçün,

7 neft sektoru üçün,

8 telekommunikasiya sektoru üçün,

9 milli təyinatlar üçün,

Kart nömrəsinin ilk 6 xanası:

Ən sərfəli kredit üçün müraciət et

1234 5678 9876 5432:

İlk altı rəqəm kartı verən firmanı təyin edir. Nümunə olaraq:

4xxx xx: Visa kartlarını,

51xx xx - 55xx xx: Mastercard kartları,

6011xx, 644x xx, 65xx xx: Discover kartları,

34xx xx, 37xx xx: Amex kartlarını,

x hərfləri ilə göstərilən nömrələr hər firmanın hər kartında fərqlidir.

Kartın yeddincidən etibarən sonrakı doqquz xanası:

1234 5678 9876 5432:

9 xana müştərini təyin edən nömrə olub, bu doqquz xana ilə 1 trilyon fərqli nömrə istehsal edilə bilər.

Kartın Son xanası:

1234 5678 9876 5432

Son xana, yəni nümunədəki 2 rəqəmi ... Bu rəqəm düzəltmə və ya nəzarət xanasıdır. Kart nömrəsinin təsdiqlənməsi üçün verilən təsadüfi bir rəqəmdir. Bu yazı Luhn Alqoritmi deyilən bir alqoritmə görə istehsal edilir.

Ən sərfəli krediti almaq üçün müraciət et