Kredit haqqında bunları bilmirsiniz | Banco.az

Kredit haqqında bunları bilmirsiniz

1. İlk kreditlər Avstriya, Misir və Babildə meydana gəlib. Alimlər belə bir qənaətə gəlmişlər ki, e.ə VIII əsrdə faizlə boca pul verən insanlar yaşayırdı. Bununla yanaşı, hələ qədim dövrlərdə "hudu" (qiymətli kağız mənasını verir) adlı banknotlar var idi.

2. Qədim Yunanıstanda kreditorlar öz borclusunun torpağında "hypotheke" (ipoteka) adlanan lövhə yerləşdirirdilər. Borc ödənilmədiyi təqdirdə həmin torpaq sahəsi kreditorun ixtiyarına keçirdi.

3. İtaliyada yerləşən "Banca Monte dei Paschi di Siena" bankı dünyanın ən qədim banklarından biridir. Bu kredit təşkilatı 1472-ci ildə yaradılmışdı.

4. Kredit haqqında ilk reklam 1730-cu ildə çəkilib.

5. XIX əsrə aid təşkilatlar kredit bürolarının prototipi hesab olunur. Həmin təşkilatlar müştəriyə müxtəlif şirkətlər və ticarətçilər haqqında məlumat verirdilər.

6. Hal-hazırda istehlak kreditləri iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yüksək tələbatlı maliyyə xidmətlərindən biridir. 2009-cu il ərzində Avropa əhalisi ümumilikdə163,6 milyard avro dəyərində kredit götürmüşdü.

Ən sərfəli kredit üçün müraciət et

7. ABŞ-da kreditlərin 90%-ə qədəri "müştəri-kredit brokeri-bank" sxemi üzrə verilir. Avropada isə bu göstərici 50-80% təşkil edir. İnkişaf etmiş ölkələrin əksəriyyəti bu mexanizmin daha səmərəli olduğunu düşünür.

8. Bankların əksəriyyətində kredit almaq istəyən müştərilərin arzuolunmaz peşələrinin qeyri-rəsmi siyahısı mövcuddur. Həmin siyahıya jurnalistlər, hüquqşünaslar, əsgər, hakim və fərdi sahibkarlar daxildir.

9. Adətən, qadın müştərilər bank seçən zaman bu amillərə diqqət yetirirlər: komissiyalar olmadan kreditin erkən ödənilməsi imkanı, operativ xidmət, kredit təşkilatının sabitliyi. Kişi müştərilər isə seçim edərkən bankın populyarlıq səviyyəsini nəzərə alırlar.

Sevinc İbadova/Banco.az