Kredit bürosu – kiçik və orta sahibkarlıq üçün maliyyələşmənin əl çatan olması deməkdir | Banco.az

Kredit bürosu – kiçik və orta sahibkarlıq üçün maliyyələşmənin əl çatan olması deməkdir

Kredit bürosu maliyyə infrastrukturunun vacib elementidir və maliyyə resurslarının əlçatan olmasına kömək edir. O maliyyə-krediti institutlarının aktiv əməliyyatlarının risklərini azaldır, müəssisələrin istehsal gücünü sərbəstləşdirməyə kömək edir və real sektorun formal iqtisadiyyata cəlb olunmasına kömək edir.

Problemli sövdələşmələr üzrə məsrəfləri azaltmaq

Banklar və qeyri bank maliyyə təşkilatları pul vəsaitlərinin təqdim olunmasında əsas rol oynayırlar. Azərbaycanda kommersiya bankları fəaliyyətinin əvvəlində əsas diqqəti iri şirkətlər üzərində cəmləşdirir və kiçik biznesdən olan müştərilərə seçim əsasında xidmət göstərirdilər.

Lakin son illər onlar kiçik və orta biznes üçün kreditləri daha fəal şəkildə ayırmağa başladılar. Kreditləşmə bazarının inkişafı risklərin artmasına da gətirib çıxarır ki, bu da borc alanların maliyyə institutları qarşısında öhdəlikləri vaxtı-vaxtında yerinə yetirmək qabiliyyətinin aşağı düşdüyü iqtisadi böhran şəraitində xüsusilə çox hiss olunur.

Bununla əlaqədar olaraq, borc alanlar haqqında informasiyanın ötürülməsi üçün vacib alətlərdən biri kredit məlumatlarının dəyişdirilməsi sisteminin formalaşdırılması olub. Azərbaycanda 2005-ci ildən Mərkəzi Bank yanında mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) fəaliyyət göstərir ki, burada da bank və qeyri-bank maliyyə təşkilatlarından məlumatları toplayır. Bütün bu vaxt ərzində ölkənin maliyyə sektoruna çox böyük xidmətlər göstərib və bununla da, kredit alanlar barədə məlumat mübadiləsinin təşəbbüskarı olub. Qurumun fəaliyyəti ötən illər ərzində kreditləşmə risklərini xeyli azaltmağa kömək edib.

Lakin kredit informasiyasının mübadiləsi sistemi daim təkmilləşdirmə tələb edir və buna bazarın tələblərinə reaksiya verilməsinə istiqamətlənmiş yeni mexanizmlərin yaradılması yolu ilə nail olmaq olar. Bazar gözləntilərini qabaqcadan bilməyə yalnız geniş spektr xidmətlər göstərən kommersiya kredit bürosu qabildir.

«Kredit bürosunun yaradılması maliyyə institutlarının möhkəmləndirilməsi üçün vacib addımdır. Bu qurum problemli sövdələşmələr üzrə məsrəfləri aşağı salmağa kömək edər», – deyə DəmirBank İdarə Heyətinin sədr müavini Rauf Axundov bildirir.

«Kredit büroları haqqında» qanun layihəsi

Lazımi qanunvericilik bazası olmadan kredit bürolarının fəaliyyət göstərməsi müəyyən problemlər yarada bilər. Hazırda Azərbaycanda «Kredit büroları» haqqında qanun layihəsinin müzakirəsi aparılır. Bu layihə mərkəzi Bank tərəfindən işlənib hazırlanıb. Qanun layihəsi Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri tərəfindən təhlil olunub (IFC). Bu sənəd kredit bürolarının fəaliyyətinin tənzimlənməsinə dair ən yaxşı təcrübəyə müvafiqdir. Qanun layihəsinə kredit məlumatlarının mübadiləsinə dair prosesin uğurlu olması üçün bünövrə rolunu oynayan vacib aspektləri ehtiva edir.

Ən sərfəli kredit üçün müraciət et

«Kredit büroları haqqında» Qanun kredit tarixi subyektlərinin və məlumat verənlərin bərabərliyinin əsas prinsiplərinə riayət olunmasını, habelə məlumatların maksimum qorunmasını və onların düzgün istifadəsi prinsiplərini nəzərdə tutacaq.

2012-ci ilin yayında Azərbaycanda kredit bürosuna investisiya yatarlması doqquz özəl bank tərəfindən İcraiyyə Komitəsi yaradılıb. Komitəyə AccessBank, AGBank, Azərbaycan Sənaye Bankı, Bank Respublika, DəmirBank,  MuğanBank, PAŞABank, TuranBank, YapıKrediBank Azərbaycan kimi bankların nümayəndələri  daxil olub. Yeni qurumun sədri Dəmir Bank İdarə Heyətinin sədr müavini Rauf Axundov seçilib.

Komitənin əsas vəzifələri «Kredit bürosu haqqında» Qanunun qəbul olunması ərəfəsində bütün zəruri tədbirlərin hazırlanması, o cümlədən texniki seçimin edilməsidir.

Paşa Bank İdarə Heyətinin üzvü, maliyyə direktoru Şahin Məmmədov hesab edir ki, «Özəl kredit bürosunun yaradılması ilə bağlı İcraiyyə Komitəsinin yaradılması bu institutun yaradılması istiqamətində ilk addımdır. Kredit bürosunun təşkili və inkişafı bütün maraqlı tərəflərdən - həm maliyyə institutlarından, həm də Mərkəzi Bankdan uzunmüddətli öhdəliklər tələb edir».

Əlverişli işgüzar mühitin inkişaf etdirilməsi

Kredit büroları haqqında qanunvericiliyin işlənməsi ilə paralel olaraq IFC-nin Azərbaycanda və Mərkəzi Asiyada maliyyə infrastrukturunun möhkəmləndirilməsinə dair layihəsi də nəzərdə keçirilir. Nəzərdə tutulur ki, bu sənədlin qəbul olunması kiçik biznes və əhali üçün maliyyələşmənin əlçatanlığını yüksəltməyə, habelə uzunmüddətli iqtisadi artımı təmin etməyə imkan verəcək.

Hazırda IFC-nin yuxarıda qeyd olunan layihəsi çərçivəsində artıq təminatlı sövdələşmələr haqqında qanunun işlənib hazırlanmasına da yardım göstərilir. Qeyd etmək lazımdır ki, təminatlı sövdələşmələr sistemi maliyyə infrastrukturunun əhəmiyyətli və perspektiv elementlərindən biridir.

Özəl kredit bürosunun yaradılması çox uzun, lakin zəruri və çox vacib bir prosesdir və bu proses kreditlərin verilməsi prosesində banklara ötürülən informasiyanın keyfiyyətini yüksəltməyə imkan verəcək və sözsüz ki, onların risklərini azaldacaq. Bu sistemin müasir tələbələrə uyğun şəkildə inkişaf etdirilməsi Azərbaycanda əlverişli işgüzar mühitini  yaradılmasına kömək edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et