Kredit brokeri kimdir və müştərilərə hansı üstünlüklər qazandıra bilər? | Banco.az

Kredit brokeri kimdir və müştərilərə hansı üstünlüklər qazandıra bilər?

Kredit brokeri - müasir maliyyə bazarının iştirakçışı hesab olunur. O, hüquqi və fiziki şəxslərin kreditləşməsi üzrə əməliyyatların həyata keçirilməsi prosesində borcalan və kreditor arasında vasitəçi qismində çıxış edir. Kredit brokeri iş prosesində çoxsaylı maliyyə şirkətləri ilə əməkaşlıq etməklə, maliyyə bazarını dərindən öyrənmək imkanı əldə edir. Kredit brokeri maliyyə strukturları və banklarla olan fərdi razılaşmaya əsaslanaraq, öz müştərisinə ən yaxşı kreditləşmə şərtlərini təklif etmək iqtidarındadır.

Kredit brokeri müştəriyə hansı xidmətləri təklif edə bilər?

Kredit əldə etmək üçün kredit brokerindən yardım istəmək qərarına gələn hər bir müştəri ona hansı xidmətlərin təklif olunacağı barədə öncədən məlumatlı olmalıdır:

1. Bütün sənədlərin tam şəkildə təhlili;

2. Müştərinin ödəmə qabiliyyətinin səviyyəsini qiymətləndirmək;

3. Borcalanın sorğularına əsaslanaraq, ən optimal kredit proqramının seçilməsi;

4. Qarşıda duran bütün xərclərin tam şəkildə hesablanması;

5. Kredit üzrə ödənişlərdən ibarət sxemlərin müqayisəli şəkildə təhlil edilməsi;

6. Müxtəlif banklarda təklif olunan kredit proqramlarının xüsusiyyətləri müəyyənləşdirmək;

7. Müştərinin nüfuzunun artırılmasına xidmət edən məsləhətlərin təqdim olunması;

8. Bank müəssisəsinə növbəti dəfə təqdim olunacaq sənədlərin maksimal paketinin hazırlanması;

9. Müştəriyə kreditin təqdim edilməsi üzrə ilkin razılaşmanın əldə olunması;

10. Banka kedit ərizəsinin təqdim olunması;

11. Bankda sənədlərin nəzərdən keçirilməsi zamanı müşayiət;

12. Kredit ərizəsinin baxılma müddətinin əhəmiyyətli dərəcədə azaldılması;

Ən sərfəli kredit üçün müraciət et

13. Kreditin ödənilməsindən imtina etmək üzrə riskin azaldılması.

Kredit brokerinin ona müraciət edən müştərilərə qazandırdığı üstünlüklər:

1. Maliyyə sahəsində müştərini maraqlandıran hər hansı bir məsələ barəsində peşəkar məsləhət almaq. Kreditləşmə proqramının seçimi zamanı broker müxtəlif banklarda təklif olunan kredit növlərini təhlil edir və sonda onların sırasından ən yaxşısını seçməyi bacarır. Bundan əlavə, o, kredit müqaviləsinin müştəriyə aydın olmayan tərəflərini izah edir və hansı bəndlərin daha çox diqqət tələb etdiyini müəyyənləşdirir.

2. Düzgün kreditləşmə proqramını seçməklə, müştərinin öz maddi vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət etməsinə imkan yaradır. Bu zaman kredit brokeri kredit üzrə müəyyən olunmuş bütün şərtləri tam şəkildə və yüksək dəqiqliklə təhlil edir: faiz dərəcəsi, kreditləşmə müddəti, kreditin ümumi məbləği, ilkin ödənişin məbləği, kredit borcunun ödənilməsi üsulları, "gizli komissiyalar"ın müəyyən edilməsi;

3. Kredit brokerinin fəaliyyəti sayəsində müştəri vaxta qənaət edir. Yəni, borcalan kreditin rəsmiləşdirilməsi prosesində minimal dərəcədə iştirak edir. Əsas işi kredit brokeri icra edir.

4. Lazımi sənədlərin düzgün şəkildə doldurulması və təqdim olunması. Qeyd edək ki, bu faktor kreditin təqdim olunması üzrə müsbət qərarın əldə olunması şansını artıra bilər. Yəni, kredit brokerinin köməyi ilə düzgün sənədləri təqdim edən müştəri bu yolla bankdan kredit almaq şansını yüksəldə bilər. 

5. Maliyyə məsələlərinin həllinə müstəqil və fərdi yanaşma. Kreditləşmə proqramının seçimi zamanı broker müştərinin müəyyən istək və imkanlarını nəzərə alır;

6. Hər hansı bir bankın deyil, yalnızca borcalanın maraqlarının müdafiəsini təmin edir;

7. Kredit üzrə fərdi şərtlərin əldə olunması imkanı.

Sevinc İbadova/Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et