“KredAqro” YENİ VAKANSİYALAR elan edib | Banco.az

“KredAqro” YENİ VAKANSİYALAR elan edib

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC 3 yeni vakansiya üzrə işçi axtarışı elan edir.

1) Filial müdiri (Qax)

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil; 
  • Yaşayış yeri: Qax, Şəki və ya Zaqatala ərazisi;
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Qax) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

 

2) Filial müdiri (Masallı)

Əsas vəzifə və öhdəliklər:

  • Filialın işçi heyətinin idarə olunması;
  • Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
  • Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
  • Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
  • Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
  • Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.

Tələb olunan keyfiyyətlər:

Ən sərfəli kredit üçün müraciət et

  • Ali təhsil; 
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə ürzə azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Analitik mühakimə etmək qabiliyyəti;
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri, Masallı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

 

3) İnzibati işçi (Bakı)

Əsas vəzifə və öhdəliklər:

  • "KredAqro" BOKT MMC-nin Baş Ofisində kargüzarlıq işinin aparılması;
  • Təşkilat adından göndərilən və daxil olan rəsmi məktubların hazırlanmasının, qeydiyyatının aparılmasının və aidiyyatı işçilərə çatdırılmasının həyata keçirilməsi;
  • Təşkilatın işçiləri üçün etibarnamələrin hazırlanması;
  • Təşkilatın fəaliyyəti ilə bağlı müvafiq müqavilələrin elektron reyestrinin aparılması və qoruyub saxlanılması;
  • Təşkilatın işçilərinin biznes səyahəti üçün müvafiq təşkilatı işlərin aparılması;
  •  "KredAqro" BOKT MMC-nin fəaliyyəti ilə bağlı rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi:

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq (Rus və İngilis dillərini bilənlərə üstünlük veriləcək);
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İnzibati işçi” qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

 

 

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et