Kral Çarlzın təsviri Avstraliyanın yeni əsginaslarında olmayacaq | Banco.az

Kral Çarlzın təsviri Avstraliyanın yeni əsginaslarında olmayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə kralı III Çarlz anası II Elizabet kimi Avstraliyanın yeni 5 dollarlıq əsginasında görünməyəcək.

Banco.az xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanezin mərkəz sol leyborist hökuməti yeni 5 dollarlıq əsginaslar üçün III Çarlzın əvəzinə ölkənin yerli xalqlarından biri olan aborigenlərin təsvir olunduğu dizaynı seçib.

Bu barədə Avstraliya Mərkəzi Bakı bəyanat yayıb. Bəyanatda deyilir:

“Ehtiyat Bankı ilk avstraliyalıların mədəniyyət və tarixinə dərin hörmət əlaməti olaraq 5 dollarlıq əsginasları yeniləməyə qərar verib. Bu yeni dizayn Əlahəzrət Kraliça II Elizabetin portretini əvəz edəcək. Kral Çarlzın təsviri isə gələcəkdə zərb olunacaq Avstraliya sikkələrində əks olunacaq.”

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bənövşəyi rəngli 5 dollarlıq əsginas Avstraliyada üzərində Britaniya monarxının təsviri olan yeganə əskinas idi. Odur ki, sözügedən qərar ölkədə müxtəlif reaksiyalara səbəb olmaqla İngiltərə ilə onun keçmiş müstəmləkəsi arasında konstitusiya əlaqələrinin zəifləməsi kimi şərh edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et