Müəllif:Ayşən İmanova/Banco.az
Kosovo Serb dinarından tamamilə imtina edərək avroya keçdi.
Banco.az xəbər verir ki, qismən tanınan Kosovo Respublikası Serb dinarından tamamilə imtina etməli olduğu keçid dövrünü başa vurub. Bazar ertəsi, mayın 13-dən etibarən regionda bütün nağd əməliyyatlar yalnız avro ilə aparılacaq.
Kosovo Mərkəzi Bankının məlumatına görə, yerli sakinlər nağd və ya bank hesablarında vəsait saxlamaq, həmçinin beynəlxalq ödənişlər etmək üçün digər valyutalardan istifadə etmək hüququna malikdirlər.
Qeyd edək ki, artıq Kosovanın şimalında filialları olan banklara bu barədə məlumat verilib.
Bizi sosial şəbəkələrdən izləyin!!