Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar | Banco.az

Kosmik turistlər tarixdə ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar

Müəllif:Ayşən İmanova/Banco.az

Astronavtika sahəsində tarixi hadisə baş verib - mülki şəxslər ilk dəfə olaraq kosmik gəmidən kənara çıxıblar. 

Banco.az xəbər verir ki, bu barədə “SpaceX” şirkəti “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

Məlumata görə, bu, 700 kilometr yüksəklikdə Yer orbitində “Polaris Down” missiyası zamanı baş verib.

Bildirilib ki, “SpaceX Crew Dragon” gəmisində “Polaris Dawn” kommersiya missiyası zamanı komandir Cared Ayzekman və missiya mütəxəssisi Sara Gillisin təmsil etdiyi ekipaj üzvləri açıq kosmosa çıxışı uğurla həyata keçiriblər.

Uçuş ekspedisiya üzvlərindən biri olan Ayzekman tərəfindən maliyyələşdirilib. Ekspertlərin fikrincə, missiyanın məbləği 100 milyon dolları ötüb.

Ümumilikdə kosmik turistlərin orbitə uçuşu beş gün davam etməlidir. Bu müddət ərzində onlar kosmos və radiasiyanın insan sağlamlığına təsiri ilə bağlı 36 elmi təcrübə keçirəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram