Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb? | Banco.az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?

Martın 27-si saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.

Milli valyuta ilə yığılmış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.

Ən sərfəli kredit üçün müraciət et

Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 avro və 500 ingilis funt-sterliqini isə fiziki şəxslər ödəyib. 

Report

Ən sərfəli krediti almaq üçün müraciət et