Koronavirus futbolçuların transfer qiymətini azaltdı | Banco.az

Koronavirus futbolçuların transfer qiymətini azaltdı

Koronavirus pandemiyası futbolçuların transfer qiymətinə də mənfi təsir göstərib.

Bu barədə "transfermarkt.com" saytı xəbər yayıb.

Bildirilib ki, virusun yaratdığı maliyyə böhranı ümumi bazarda qiymətlərin 20 faiz aşağı düşməsinə səbəb olub.

Ən sərfəli kredit üçün müraciət et

1998-ci il və ondan sonra doğulmuş oyunçuların transfer qiymətindəki eniş isə 10 faiz təşkil edib.

Qeyd edək ki, "transfermarkt.com"a görə, hazırda dünyanın ən bahalı futbolçusu Fransanın PSJ klubunda çıxış edən Kilian Mbappedir. 22 yaşlı hücumçunun qiyməti 180 milyon avrodur.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et