Koronavirus aviaşirkətlərin gəlirlərinə necə təsir göstərəcək? | Banco.az

Koronavirus aviaşirkətlərin gəlirlərinə necə təsir göstərəcək?

Dünyada yayılmış koronavirus aviaşirkətlərin builki gəlirlərinin 63-113 milyard ABŞ dolları azalması ilə nəticələnəcək. 

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında bildirilib. 

Məlumata görə, azalmanın təxminən 50 milyard ABŞ dolları epidemiyanın geniş yayıldığı Cənub-Şərqi Asiya ölkələrinin payına düşəcək. 

Xatırladaq ki, dünyanın ən böyük aviaşirkətlərinin yer aldığı Beynəlxalq Hava yolu İndeksi (BWAIRL) koronavirusun yayılmağa başladığı ötən ilin dekabr ayından 25% azalma nümayiş etdirib. 

Report