Koronavirsa qarşı peyvənd Azərbaycana nə zaman gətiriləcək? | Banco.az

Koronavirsa qarşı peyvənd Azərbaycana nə zaman gətiriləcək?

Azərbaycan koronavirusa qarşı peyvəndin hazırlanması ilə bağlı dünyada gedən prosesləri yaxından izləyir və bununla bağlı çoxtərəfli və ikitərəfli platformalarda iştirak edir.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Y.Qarayeva bildirib ki, dünyada bir neçə peyvənd namizəd kimi təsdiq olunub, lakin onların insanlarda istifadəsi zamanı hansısa mənfi məqamlar ortaya çıxıb.

O qeyd edib ki, hələki dünyada elə bir vaksin yoxdur ki, bütün mərhələləri bitsin və beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunsun: “Belə bir vaksin olacaqsa, biz onu gətirən birinci ölkələrdən olacağıq”.

Rusiyada istehsal olunan peyvəndlərin Azərbaycana gətirilməsi məsələsinə toxunan Y.Qarayeva bildirib ki, Rusiyada istehsal olunan peyvəndlər də namizəd peyvəndlər siyahısındadır və beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir: “Əgər beynəlxalq təşkilatlar tərəfindən tam təsdiq olunarsa, Azərbaycan onların da gətirilməsi barədə düşünə bilər”.

Ən sərfəli kredit üçün müraciət et

Trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

  •  

Ən sərfəli krediti almaq üçün müraciət et