ABŞ-da neft anbarlarının dolması ilə əlaqədar olaraq xam neft qiymətlərinin tarixdə ilk dəfə mənfi səviyyəyə enməsi, Körfəz ölkələrinin birjalarında satışlara səbəb olub.
Abu Dabi birjasının indeksi 3.1% düşüb. Dubay DFM General İndeksi 2%-dən çox düşüb. İndeks bu il dünyanın ən pis performans göstərən birjalarından biri olub.
Küveyt birjası açılışda 2% düşüb, ardından itkisinin bir qisimini kompensasiya edib.
Səudiyyə Ərəbistanı birjası 1.5%, neft nəhəngi Saudi Aramco-nun səhmləri isə 3.5% düşüb.
Dünən ABŞ-da May fyuçers müqavilələri üzrə xam neftin barel qiyməti sıfır səviyyəsindən aşağı düşmüşdü. ABŞ Prezidenti Donald Trump aşağı qiymətlərdən faydalanaraq 75 milyon barel xam neft alışı edəcəklərini açıqlayıb.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!