Müəllif:Ayşən İmanova/Banco.az
Kopenhagendə şəhərin ən qədim tikililərindən biri olan birja binasında yanğın hadisəsi baş verib.
Banco.az xəbər verir ki,yanğın nəticəsində binanın bir-birinə dolanmış əjdaha quyruğu formasında düzəldilmiş 56 metrlik məşhur abidəsi dağılıb.
Məlumata görə, 1640-cı ildə tikilmiş keçmiş fond birjasının binasında bərpa işləri gedirdi. Şəhər rəhbərliyi binanın orijinal fasadını bərpa etməyi planlaşdırırdı.
Qeyd edək ki, 17-ci əsrə aid birja binası kral Kristiansborq sarayının yaxınlığında yerləşir. Bu, müasir Kopenhagenin ən qədim binalarından və dünyanın ən qədim birjalarından biri hesab edilir. Hazırda sözügüdən binada Danimarka Ticarət Palatasının ofisi yerləşir.
Bizi sosial şəbəkələrdən izləyin!!