"Könüllü restrukturizasiya qərarı qanunauyğun addım idi" - Xalid Əhədov | Banco.az

"Könüllü restrukturizasiya qərarı qanunauyğun addım idi" - Xalid Əhədov

“Bu gün Azərbaycan Beynəlxalq Bankı üçün mühüm tarixi gündür. Birgə səylərimiz bankın uzunmüddətli dayanıqlığını təmin edəcək. Könüllü restrukturizasiya qərarı Bankın sağlamlaşdırılması prosesində qanunauyğun addım idi." - Bunu ABB-nin  İdarə Heyətinin sədri Xalid Əhədov bugünkü kreditorların iclasında bildirib.

"Biz bununlabankın maliyyə sağlamlaşdırmasının önəmli bir hissəsini başa çatdırdıq. Səsvermənin nəticələri göstərir ki, kreditorlarımız da bu addımı dəstəklədilər. Restrukturizasiya prosesinin başa çatdırılması Bankın kapital mövqeyini gücləndirəcək və onun yeni inkişaf hədəflərinə fokuslanmasına imkan verəcək” - deyə Əhədov vurğulayıb.

Restrukturizasiya planı hüquqi qüvvəyə mindikdən sonra hər bir kreditor informasiya memorandumunda təsvir edildiyi şəkildə nağd vəsait və/və ya yeni qiymətli kağızlar  (və ya yeni qiymətli kağızların satılmasından əldə olunan nağd vəsait) alacaq.

Ən sərfəli kredit üçün müraciət et

Plana səs vermiş kreditorlar öhdəliklərlə bağlı Banka qarşı hər hansı tələblərinin qalmaması barədə müvafiq sənədi 22 avqust 2017-ci il tarixinə qədər təqdim etməlidirlər. Həmin sənədi təqdim etmiş kreditorlar təklif edilən maliyyə alətlərini 1 sentyabr 2017-ci il tarixindən əldə etmək hüququna malik olacaqlar.    

Qeyd edək ki, kreditorların 94%-i ABB-nin könüllü restrukturizasiyası planının lehinə səs verib.