“Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub | Banco.az

“Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə “Könüllü Kənd Təsərrüfatı sığortasının təşkili” mövzusunda görüş təşkil olunub. Görüşdə Birliyin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən və kənd təsərrüfatı sığortası ilə məşğul olan sığorta və təkrarsığorta şirkətlərinin nümayəndələri və sahə üzrə ekspertlər iştirak edib.

Görüş Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRe Təkrarsığorta” şirkətinin təqdimatına əsaslanıb və görüşdə çıxış edən “AzRe Təkrarsığorta” şirkətinin sədr müavini Vüsal Abbasov bildirib ki,  bundan sonra kənd təsərüfatı sığortasının təkrarsığortalanması sahəsində heç bir çətinlik olmayacaqdır. Belə ki əvvəllər könüllü kənd təsərrüfatı sığortasında təkrarsığorta problemləri olduğuna görə sığorta şirkətləri bu sahədə satışın həyata keçirilməsində ciddi problemlə üzləşirdilər. Hazırda “AzRe Təkrarsığorta” şirkəti bu sahədə Saziş imzalanması ilə mövcud problemin aradan qaldırılması və bununla da, sığorta şirkətlərinin kənd təsərrüfatı sığortasının həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Göstərilən təqdimatda sığorta şirkətləri kənd təsərrüfatı sığortasının hansı şərtlər əsasında təkrarsığortalanması, verilən təminatlar, təminatın növləri, müqavilə şərtləri, zərərin tənzimlənməsi, sığorta ödənişi və məbləği, minimum tariflər və ümumilikdə, “AzRe Təkrarsığorta” şirkətinin buna dair təklifləri barədə məlumat verilib.