Könül Soltanova Ad günün mübarək! | Banco.az

Könül Soltanova Ad günün mübarək!

Bu gün Banco.az portalının sevimli üzvü və yazarı Könül Soltanovanın doğum günüdür. 

Soltanova Könül 03.07.1989 tarixində Sumqayıt şəhərində dünyaya gəlmişdir. Ali Bakalavr və Magistr təhsilini Azərbaycan Dillər Universitetinin İspan dili (tərcüməçilik) fakultəsində başa vurmuşdur. 

2011-ci ildə Bakı Dövlət Universitetində İspan dilindən dərs demiş, eyni zamanda tərcüməçiliklə məşğul olmuşdur. 2012-2014-cü illərdə digər bir internet resursda Müxbir vəzifəsində çalışdıqdan sonra, 2014-cü ilin fevral ayından Banco.az portalında kontent menecer və analitik vəzifəsində çalışmağa başlamışdır. Fəaliyyəti müddətində işində məsuliyyətli və diqqətli olan Könül xanım, kollektivdə və banklar arasında hörmət qazanmış, sevilmişdir. Hal-hazırda çox sayda araşdırma tipli məqalələrin müəllifi olan Könül Soltanovanı Banco.az olaraq təbrik edir, işlərində uğur diləyirik. 

Ən sərfəli kredit üçün müraciət et

Hörmətlə, Banco.az komandası

Ən sərfəli krediti almaq üçün müraciət et