Kontakt Home Koronavirusa görə loqosuna dəyişiklik etdi | Banco.az

Kontakt Home Koronavirusa görə loqosuna dəyişiklik etdi

Kontakt Home koronavirus infeksiyası ilə mübarizə məqsədilə loqosunu bu mövzuya uyğun adaptasiya edib. Adaptasiya olunmuş yeni loqo müvəqqəti xarakter daşıyır, “KontaktWithHome” (ev ilə kontaktda) sosial mesajını özündə birləşdirir və insanları daha çox ev ilə təmasda olmağa və karantin tədbirlərinə əməl etməyə çağırır.

Bu yaxınlarda sloveniyalı dizayner MasterCard, Nike, Starbucks, LinkedIn kimi markaların koronavirusa uyğun dəyişmişdi. Bu adaptasiyadan sonra dünyaca məşhur digər markalar da həmin sosial çağırışa qoşulmağa başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Kontakt Home koronavirusla mübarizə tədbirlərində fəal iştirak edir. Yaxın günlərdə Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Eyni zamanda şəbəkə öz fəaliyyətində təhlükəsizlik tədbirlərinə ciddi əməl edir, evlərində oturaraq istədikləri məhsulları əldə edə bilmələri üçün müştərilərinə onlayn sifariş və sürətli, təhlükəsiz və pulsuz çatdırılma xidmətini də təklif edir.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç