Kontakt Home bir həftəlik nağd gəlirinin 100%-ni yaralı əsgərlərin müalicəsinə xərcləyəcək | Banco.az

Kontakt Home bir həftəlik nağd gəlirinin 100%-ni yaralı əsgərlərin müalicəsinə xərcləyəcək

Kontakt Home mağazalar şəbəkəsi bir həftə ərzində satdığı məhsullardan əldə etdiyi nağd gəlirlərin hamısını Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək. Bu məbləğin hamısı Qarabağın işğaldan azad olunması uğrunda hazırda gedən döyüşlərdə yaralanan əsgər və zabitlərimizin müalicəsinə xərclənəcək.

10-16 oktyabr tarixlərində Kontakt Home mağazalarında nağd və taksitlə alış-veriş edərək siz də bu yardımda pay sahibi ola bilərsiniz. Toplanmış məbləğlər gündəlik olaraq www.kontakt.az və Kontakt Home-un rəsmi sosial şəbəkə hesablarında açıqlanacaq.

Qeyd edək ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə hazırda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir. Bundan başqa, hazırki hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır. Şəbəkə həmçinin səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış 100-dən çox Kontakt Home əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik yardım edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et