Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq | Banco.az

Konstitusiya Məhkəməsi sürücülük vəsiqəsinin verilməsi proseduruna baxacaq

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

İclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” qanunun 35-ci və 35-1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 11-nə təyin edilmiş iclasında baxılacaq.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsi sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması, 35-1 maddəsi isə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et