Müəllif - Aida İsaq, Banco.az
“Dövlət borcu ölkə üçün olduqca ciddi təhlükədir”
Banco.az xəbər verir ki, bunu ABŞ konqresinin nümayəndələr palatasının spikeri Kevin Makkarti ABŞ prezidenti Co Baydenlə Ağ Evdə keçirilən görüşdən sonrakı bəyanatda bildirib. Onun sözlərinə görə, hazırda ABŞ-ın dövlət borcu ölkə ÜDM-nin 120%-ni təşkil edir. K.Makkarti bu səviyyənin Amerika tarixində indiyə qədər qeydə alınan ən yüksək nəticə olduğunu qeyd edib. Eyni zamanda dövlət xəzinəsinə daxil olan gəlirlərin səviyyəsinin də tarixi rekordu yenilədiyini xatırladıb. Konqres nümayəndəsi bu vəziyyəti şərh edərkən bildirib ki, böyük gəlirlər əldə olunmasına baxmayaraq xərclərlə bağlı problemlər var.
Bizi sosial şəbəkələrdən izləyin!!