“Konnekt” QSC Türkiyənin “Digitürk beIN Media Group” ilə əməkdaşlıq edir | Banco.az

“Konnekt” QSC Türkiyənin “Digitürk beIN Media Group” ilə əməkdaşlıq edir

“Konnekt” QSC Azərbaycan Respublikasının daim inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sferasında fəaliyyət göstərən qabaqcıl şirkətlərdəndir. Şirkətin əsası 2005-ci ildə qoyulub. 2007-ci ildən etibarən isə “Konnekt” QSC əhaliyə internet xidmətləri göstərməyə başlayıb.

Şirkətin kabel televiziyası sferasında fəaliyyəti isə 2008-ci ilə təsadüf edir. Qeyd olunan tarixdən bu yana “CONNECT TV” brendi altında əhaliyə keyfiyyətli efir-kabel televiziyası xidməti təqdim edilir. 2011-ci ildən sonra isə şirkət “CONNECT FİBER” brendi altında fiber-optik texnologiya sahəsində fəaliyyətə başlamış və abunəçilərə yüksək sürətli fiber-optik internet xidmətləri təklif edir.

2017-ci ilin mart ayında Konnekt şirkəti televiziyanın internet üzərindən yayımını təşkil etmiş və OTT TV xidmətini NNTV brendi altında təqdim etməyə başlayıb.

2020-ci ildə Konnekt abunəçiləri üçün “MyCONNECT” tətbiqi istifadəyə verilib. Qeyd olunan tədbiq vasitəsilə abunəçilər texniki servis, modemlərin sazlamaları, tarif dəyişmə, balansın idarə olunması, onlayn müraciət, ödəmə və digər imkanlardan yararlanırlar.  

2021-ci ildən isə “Konnekt” QSC Fiber-optik texnologiya ilə yanaşı GPON texnologiyalarını da tətbiq edir.

Azərbaycanda 4K yayımını ilk dəfə həyata keçirən məhz “Konnekt” şirkətidir.

“Konnekt” QSC ölkə xaricində də uğurlu layihələrə imza atıbdır. Belə ki, Nigeriyada və Benində rəqəmsal televiziya keçid prosesini həyata keçirib. Həmçinin, Qırğızıstanda kabel operatorunun baş stansiyasının və şəbəkəsinin qurulması prosesini həyata keçirib.  

Bundan əlavə “Konnekt” QSC  Ağıllı ev texnologiyaları və alternativ enerji sahəsində də fəaliyyət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

“Konnekt” QSC öz fəaliyyətində müştəri məmnuniyyəti, keyfiyyətli xidmət və servis, daim yeni texnologiyaların tətbiqi prinsiplərini rəhbər tutur.

Daha bir yenilik edərək “Konnekt” QSC Türkiyənin rəqəmsal televiziya yayım platformasında liderlik edən  “Digitürk beIN Media Group” ilə əməkdaşlığa başlıyaraq beIN Sports Süperliq  futbol oyunlarının və  “Digitürk” platformasında yayımlanan kanalların Azərbaycan ərazisində yayımlanmasını təmin edir. Artıq, Respublikamızın istənilən bölgəsindən istər hüquqi, istərsə də fərdi ünvanlara yüksək keyfiyyətli “Digitürk-Konnekt TV” HD rəqəmsal yayım paketlərini sifariş etmək mümkündür.

Siz də “Konnekt” ailəsinə qoşulun və evdəki hər kəsə uyğun olaraq seçilmiş yayım paketlərindən və HD yayım keyfiyyətindən yararlanaraq “Digitürk-Konnekt TV” ilə xəyallarınıza toxunun! 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et