Kömürün qiyməti ucuzlaşıb | Banco.az

Kömürün qiyməti ucuzlaşıb

Müəllif - Aida İsaq, Banco.az

Asiya bazarlarında kömürün qiyməti bir neçə aylıq minimuma enib. 

Banco.az xəbər verir ki, buna səbəb olaraq qışda tələbatın azalması və Avropada enerji böhranının zəifləməsi göstərilir. Əsas alıcısı Hindistan olan Avstraliyanın müvafiq əsas ixrac məhsulunun qiyməti bir il ərzində hər ton üçün 130 dollar olmaqla ən aşağı səviyyəyə düşüb. Aşağı keyfiyyətli İndoneziya kömürünün bir tonu isə 80 dollara enib. Bu isə ötən ilin sentyabr ayının əvvəlindən bəri ən aşağı göstəricidir. 

Qeyd edək ki, İndoneziya və Avstraliya dünyanın aparıcı kömür ixracatçılarıdır. Üçüncü yeri tutan Rusiya kömürü də ümumi qiymət dinamikası fonunda dəyər itirir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram