Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq | Banco.az

Kompüter alqoritmi kino ulduzlarının gələcək uğurunu proqnozlaşdıracaq

Aktyorların gələcək karyerasının daha uğurlu olacağını və ya “qızıl illər”inin artıq geridə qaldığını 85 % dəqiqliklə proqnozlaşdıran yeni proqram hazırlanıb.

Londonun Kraliça Mariya Universitetinin alimləri IMDb (Internet Movie Database) filmlərinin İnternet-bazası əsasında neyron şəbəkəni 2,4 milyondan çox aktyor və aktrisanın profili üzərində öyrədiblər.

Yeni proqram kino ulduzlarının filmlərdə rol almasını  “isti” və “soyuq” zolaqlara ayırıb. Məlum olub ki, karyerasının “soyuq” zolaqlı anlarını aktrisalar kişi həmkarlarından daha çətin keçirirlər. Kişilər uzunmüddətli fəaliyyətsizlikdən tez özünə gələrək işi davam etdirdikləri halda kino sənayesinin qadın nümayəndələri ideal rol axtarışını davam etdirərək çox vaxt itirirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, alqoritm aktyor və aktrisalar üçün “qızıl illər”in fərqli olmasını müəyyənləşdirib. Kişilərdə bu müddət gec başlasa da qadınlar artıq gənc yaşlarında daha çox rol təklifləri alırlar.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et